"Kəmalə Günəşli Aygün Kazımova ilə eyni sıradadır, 2-cidir" - (Video)

"Kəmalə Günəşli Aygün Kazımova ilə eyni sıradadır, 2-cidir" - (Video)
"Kəmalə Günəşli Aygün Kazımova ilə eyni sıradadır, 2-cidir" - (Video)

Müğənni Şəbnəm Tovuzlu həmkarı Kəmalə Günəşli barədə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi "Yalçınla bir gün" verilişində bildirib ki, hazırda trend siyahılarında Aygün Kazımova və Kəmalə Günəşli ön sıralarda yer alırlar. Onun sözlərinə görə, bu nəticə Kəmalənin uzun illər göstərdiyi zəhmətin bəhrəsidir.

Şəbnəm Tovuzlu çıxışında Kəmalə Günəşlinin əzmlə çalışdığını vurğulayaraq, onun bu uğuru təsadüfi qazanmadığını deyib.

O, həmkarının bu fikirlərini də xatırladıb: "Məni qınayanlar baxsınlar, bu gün trenddə Aygün xanım da var, mən də varam. Əgər deyə bilirsinizsə ki, mən o müğənnilərin olduğu yerdə yoxam, buyurun".

Şəbnəm Tovuzlunun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin fikirlərini fərqli şəkildə dəyərləndirərək mövzu ətrafında çoxsaylı rəylər bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az