Müğənni Zamiq Hüseynov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində səsində söz açıb.
Zamiq bildirib ki, hər zaman "xırıltılı" səslə oxumağı arzu edib:
"Dünyada ən "bahalı" səslər "xırıltılı" səslərdir. Bu tək mənə görə deyil, bu tarix boyu belə olub. Uşaqlıqdan mahnılarını dinlədiyim müğənnilər "xırıltılı" səslə oxuyanlar olub. Allah elə etdi ki, mən də oxuya-oxuya "xırıltılı" oxumağa başladım. Bunu qəsdən etmirəm, oxuyanda "xırıltı" əmələ gəlir. Mən nə istəyirəmsə o da olur. Hər zaman arzulamışam ki, səsim "xırıltılı" olsun".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun