“Oğluma deyirəm, qənaət etmə”

“Oğluma deyirəm, qənaət etmə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”.

OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” verilişində Əməkdar artist Nüşabə Ələsgərli deyib. O, oğluna verdiyi məsləhətdən danışıb:

“Oğluma deyirəm ki, 27 yaşın var. Bu günü qaytara bilməyəcəksən. Zaman ən qiymətli şeydir. Bu günü yaşa, sabah bəlli deyil. Dünən də keçdi getdi. Qənaət etmə. Ürəyin nə istəyir onu et. Cibində 5 manaın varsa, ürəyin 4 manatlıq bir şey istəyirsə, onu al ye. Demə ki, sabaha 1 manatım qalacaq”.