“Kardeşlerim” serialı ilə daha da populyarlaşan aktyor Onur Seyit Yaranın bacısı sosial media hesabına qardaşının ünvanına sərt sözlər söyləyib.
OLAY yazır ki, o, daha sonra paylaşdığı videoları silsə də, görüntülər sosial mediada yayılıb.
“Günlərdir qardaşım tərəfindən təcavüzə uğrayıram. Bizi tez-tez şantaj edir. Mənə söyüşlər söyür. Biri mənə kömək etsin. Bizə silahlar göstərir. Atamı neçə dəfə döydürəcəkdi. Anamı küçəyə atdı”, - deyə, Yaranın bacısı bildirib.
O, paylaşımlarını sildikdən sonra bu bunları yazıb:
“Qardaşımla olan davamızı böyüdüb burada paylaşdığım və yanlış anlaşılmaya səbəb olduğum üçün hər kəsdən üzr istəyirəm. Boş yerə vaxtınızı aldım. Hər bacı-qardaş arasında ola biləcək davanı şişirdilmiş şəkildə danışdım”.
Daha sonra Onur “X” hesabında paylaşım edərək bacısının psixoloji problemləri olduğunu bildirib:
“Bacım psixoloji depressiyadan müalicə alır. Buna görə, ona qarşı hüquqi reaksiyam olmayacaq. Bu mövzuda anlayışınızı gözləyirəm və anlayışınız üçün təşəkkür edirəm”.