Rusiyalı müğənni Alla Puqaçovanın Floridada yerləşən göydələnlərdən birində mənzil aldığı məlum olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, NTV telekanalı müğənni Alla Puqaçovanın ABŞ-dakı daşınmaz əmlakı barədə məlumat paylaşıb. Bildirildiyinə görə, sənətçi Floridadakı Majestic Tower göydələnində mənzil alıb.
Puqaçovanın mülkü Mayami şəhərinin elit Bal Harbor rayonunda yerləşir.
Prodüser Leonid Dzyunikin sözlərinə görə, mənzil hazırda müğənninin nəvəsi Nikita Presnyakova məxsusdur.
Puqaçovanın Mayamidə yalnız ona məxsus olan başqa bir mənzili də var.
Mənbə bildirib ki, o, Brikell prospektində yerləşir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun