Müğənni Elçin Cəfərov ilk dəfə boşandığını açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə “PrimeTime”a müsahibəsi zamanı danışıb. Elçin deyib ki, xanımı Aydanla rəsmi sənəddə ayrılıb:
“Bu məlumatı kimin niyə sızdırdığını deyə bilmərəm. Ümumiyyətlə yaxşı hal deyil. Tamaşaçı baxır, Elçini həmişə nümunəvi görür. Mən örnək olmağa çalışmışam. Bu, həyatın bir sınağıdır. Onunla razılaşıram. Hər şeyin yaxşı olacağına inanıram. Rəsmi sənəddə boşanma var. Amma mən heç nəyə sənədlə baxmıram. Getdin ailə qurdun, kağızda yazdılar ailə qurdular, boşananda yazırlar ki, boşandılar. Bütün problemlər məndədir. Çünki evin böyüyü mənəm. Allahın qismətidir. Xeyirlisi. Bizi birləşdirən Allahdır, bu nə vaxt olacaq, necə olacaq. Nə olacaqsa, şükürlər olsun”.
Elçin həmçinin Aydanın ad günü fotolarında yer almamasından söz açıb:
“O səhər yeməyi idi. Bu da bizdə hər həftə baş verir. Uşaqlarla bir yerdəydi. Mən orada çox vaxt olmuram. Ad günü məclisi deyildi”.