Əməkdar artist Nigar Şabanova qatıldığı "İncə səhər" verilişində sənət həyatında yaşadığı ən həyəcanlı anlardan birini xatırlayıb.
Milli.Az-ın məlumatına görə, xanəndə bildirib ki, illər əvvəl UNESCO kimi nüfuzlu beynəlxalq tədbirdə səhnəyə çıxarkən böyük həyəcan keçirib və ifa edəcəyi mahnının sözlərini bir anlıq unudub.
Nigar Şabanova həmin günü heç vaxt yadından çıxarmadığını deyərək, yaşadığı gərgin anlarla bağlı xatirələrini tamaşaçılarla bölüşüb. Onun sözlərinə görə, belə mötəbər səhnədə çıxış etmək böyük məsuliyyət tələb edirdi və həyəcan buna səbəb olmuşdu.
Əməkdar artist etiraf edib ki, peşəkar fəaliyyətinə baxmayaraq, həmin an yaşadığı hisslər onun üçün yaddaqalan xatirəyə çevrilib.
Nigar Şabanovanın bu etirafı studiyada maraqla qarşılanıb, sosial şəbəkələrdə isə izləyicilər tərəfindən geniş müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















