Türkiyədə məşhurlaşan model Günay Musayeva paylaşımı ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model Gürcüstana yollanıb. O, paytaxt Tbilisidə keçirilən mitinqlərə qatılıb.
Günay əlində "Eqonu öldür" şüarı yazılan plakat tutub.
Qeyd edək ki, Günay bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını, sevdiyi şəxsin Gürcüstanda yaşadığını bildirib. Model özü də Gürcüstanda ev aldığını açıqlayıb.
Bir neçə gündür Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında" qanuna etiraz aksiyası keçirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun