Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)

Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)
Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)

Müğənni Xatun konsert proqramı zamanı gözlənilməz hadisə ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, sənətçi səhnədə mahnı ifa edərkən çəyirtkə onun üzərinə qonub. Gözlənilməz hadisə səbəbindən Xatun qısa müddətlik çaşqınlıq yaşayıb.

Buna baxmayaraq, ifaçı soyuqqanlılığını qoruyaraq çıxışını yarımçıq saxlamayıb və proqramını davam etdirib.

Səhnədə yaşanan həmin anlar tamaşaçılar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Qısa zamanda yayılan görüntülər izləyicilərin marağına səbəb olub və müxtəlif rəylərlə müzakirə edilib.

Bir çox sosial media istifadəçisi Xatunun peşəkarlığını yüksək qiymətləndirərək, gözlənilməz vəziyyətə baxmayaraq çıxışını davam etdirməsini alqışlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az