"Toyda diqqət ayıra bilmədiyim qonaqlar, hər birinizdən üzr istəyirəm".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımında deyib.
Oğlunun toyundan danışan Hüseyn diqqət göstərə bilmədiyi qonaqlardan üzr istəyib:
"Qonaq çox idi. Hər kəsə vaxt ayıra bilmzədim. Öz başımı itirmişdim. Bilmirdim ki, nəyi necə edim. Əgər məndən incimisinizsə, məni üzürlü hesab edin. Övladınızın toyuna çağırsanız da, çağırmasanız da gələcəm. Çünki artıq minlərlə insana borcluyam. Məni harada əyləşdirsəniz, sizdən incimərəm. Çünki bu toydur. Baş qarışıq olur".
Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu bir neçə gün öncə oğluna kiçik toy edib. Onun övladının toy məclisində 1500-dən artıq qonağın iştirak etdiyi bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun