“Kadirim rahat yatsın”

“Kadirim rahat yatsın”
“Kadirim rahat yatsın”

33-cü “Adana Altın Koza Film Festivalı”nın fəxri qonaqları arasında yer alan Halil Ergün gecədə mükafat təqdim edib.

OLAY yazır ki, ustad aktyor yaxın dostu Kadir İnanır və vəfat edən aktyorların xatirəsinə yayımlanan görüntüləri izləyərkən kövrək anlar yaşayıb.

Ergün “Kadirimizi itirdik. Bir nəsil getməyə başlayıb. Bu, mənə çox təsir edir. Kadir iz qoymuş dostumdur. İlk gənclik illərimdən bəri çox xüsusi dostum olub. Ruhu şad olsun. Miras məsələsinə görə qəzəbliyəm. Levent də ayıb edir. Bu məsələyə son qoymalıdırlar, Kadirim rahat yatsın. Onu narahat etməsinlər...” deyə bildirib.

“Kadirim rahat yatsın”
Mənbə: olay.az