Fatimə izləyicini polisə verdi - (Foto)

Fatimə izləyicini polisə verdi - (Foto)
Fatimə izləyicini polisə verdi - (Foto)

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkələrdə ünvanına yazılan təhqiramiz paylaşımlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Fatimə bildirib ki, naməlum bir şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən paylaşımlar edilir. O, tanınmış sima kimi bu cür davranışların həm şəxsi həyatına, həm də ictimai imicinə mənfi təsir göstərdiyini vurğulayıb.

Sənətçi aidiyyəti qurumlardan həmin şəxsin kimliyinin müəyyənləşdirilməsini və məsələnin qanunvericiliyə uyğun şəkildə araşdırılmasını xahiş edib.

Fatimə Fətəliyeva paylaşımında heç kimin başqa bir insanın şərəf və ləyaqətini təhqir etmək hüququ olmadığını qeyd edərək, müraciətinə operativ baxılacağına və qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Fatimə izləyicini polisə verdi - (Foto)
Mənbə: news.milli.az