Xalq Artisti Həmidə Ömərova paylaşdığı foto ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəkildə Xalq artisti Polad Bülbüloğlu və onun qızı Leyla rol alıblar.
Aktrisa bildirib ki, onlar "Qorxma, mən səninləyəm" filmini təkrarlayıblar. Belə ki, P.Bülbüloğlu ekran işində Teymur, qızı Leyla, H.Ömərova Telli obrazını canlandırıb.
G.Ömərova paylaşımına "Unudulmaz, kövrək anlar... "Qorxma, mən səninləyəm" filminin qəhrəmanları Şuşada "Xarıbülbül" festivalında" sözlərini yazıb.
Qeyd edək ki, "Qorxma, mən səninləyəm" filmi 1981-ci ildə lentə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun