Türkiyəli müğənni Ajda Pekkan stadionda konsertə hazırlaşır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bunun üçün xüsusi pəhriz proqramına riayət edir. O, artıq 3 kiloqram arıqlayıb. Pekkanın konserti üçün ona dəyəri 450-500 min lirə (23-26 min manat) olan 4-5 özəl kostyum hazırlanır.
Sənətçi konsertdən 8,5 milyon (447 min 486 manat) qazanacaq. Belə ki, biletlərin qiyməti 700-lə 15 min lirə (36-789 manat) arası dəyişir.
Qeyd edək ki, Pekkanla yanaşı səhnəyə həmin gün Selda Bağcan, Nilüfer, Mazhar Alanson, Fuat Güner, Işın Karaca, Hande Yener, Sıla, Cem Adrian, Mabel Matiz, Mert Demir, Semicenk, Motive, Norm Ender və Dolapdere Big Bang qrupu çıxacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun