Tanınmış azərbaycanlı aktyor və stendapçı Erkin Ergin (Erkin Zeynallı) yeni görünüşü ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi son aylarda keçirdiyi böyük dəyişimi izləyiciləri ilə bölüşüb. Məlum olub ki, Erkin Ergin cəmi 3 ay ərzində 25 kiloqram çəki ataraq fiziki formasını xeyli yaxşılaşdırıb.
Sosial şəbəkələrdə yayılan yeni görüntülərdə aktyorun əvvəlki görünüşü ilə müqayisədə nəzərə çarpacaq dərəcədə arıqladığı diqqətdən yayınmayıb.
Sənətçinin qısa müddətdə əldə etdiyi nəticə izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşılan görüntülər qısa zamanda geniş yayılıb, çoxsaylı bəyənmə və şərhlər toplayaraq sosial mediada müzakirələrə səbəb olub.
Bir çox istifadəçi Erkin Erginin dəyişimini yüksək qiymətləndirərək onun yeni görünüşünü və sağlam həyat tərzini təqdir edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















