DÇ-2026 ilə gündəmə bomba kimi düşən Şakira Nyu-York küçələrində: "Dişləri sanki körpə uşaq dişləridir" - (Foto-Video)

Dünya çempionatının final mərasimində nümayiş etdirdiyi möhtəşəm səhnə performansı ilə böyük maraq doğuran dünya ulduzu Şakira bu dəfə Nyu-York küçələrində görüntülənib.

Milli.Az xəbər verir ki, sənətçinin daha sonra sosial şəbəkə hesabında paylaşdığı yeni video da izləyicilərin diqqətindən yayınmayıb.

Paylaşımda Şakiranın gənc görünüşü və cazibədar siması geniş müzakirə olunub. Xüsusilə onun parlaq və səliqəli dişləri sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

İzləyicilər videonun şərh bölməsində "Elə bil körpə uşaq dişləridir", "Bu yaşda belə mükəmməl görünməsi heyrətamizdir", "İllərə meydan oxuyur" kimi rəylər yazaraq dünya ulduzuna heyranlıqlarını ifadə ediblər.

Şakiranın yeni görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və minlərlə bəyənmə toplayaraq yenidən müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

DÇ-2026 ilə gündəmə bomba kimi düşən Şakira Nyu-York küçələrində: "Dişləri sanki körpə uşaq dişləridir" - (Foto-Video)
Mənbə: news.milli.az