“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"

“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında yeni mövsümdə görünməyə başlayan Murad Aygen layihədə uzun müddət qalmayacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Lider obrazına həyat verən aktyor cəmi iki seriyadan sonra serialdan ayrılmaq qərarına gəlib.

Aygen müsahibəsində bu addımın səbəblərini açıqlayaraq bildirib ki, çəkilişlərə başlamazdan əvvəl layihənin komandası ilə müəyyən sınaq müddəti barədə razılaşıb. Aktyor serialın peşəkar kollektivini yüksək qiymətləndirsə də, canlandırdığı obrazla özünü uyğunlaşdıra bilmədiyini etiraf edib.

O, rolun daxilən ona yaxın olmadığını və bu səbəbdən ekran işində davam etmək istəmədiyini vurğulayıb. Aygenin sözlərinə görə, özünü rahat hiss etmədiyi və mənimsəyə bilmədiyi personajı canlandırmaq onun üçün doğru seçim deyil.

Aktyor ayrılığının ssenarist dəyişikliyi ilə əlaqələndirilməsi barədə yayılan məlumatlara da münasibət bildirib. O, bu iddiaların həqiqəti əks etdirmədiyini, qərarının hər hansı peşəkar mübahisədən qaynaqlanmadığını və yalnız şəxsi seçimi olduğunu qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az