Romanovlara məxsusu sapfir bu qiymətə hərraca çıxarılır

Romanovlara məxsusu sapfir bu qiymətə hərraca çıxarılır
Romanovlara məxsusu sapfir bu qiymətə hərraca çıxarılır

Romanovlar imperator ailəsinə məxsus sapfir “Sotheby’s” hərracında satışa çıxarılacaq.

OLAY yazır ki, “Sotheby’s”in rəsmi saytının məlumatına görə, 197,8 karat ağırlığında olan sapfir brilyantlarla bəzədilmiş “Cartier” qolbağı ilə birlikdə satışa təqdim ediləcək.

Hərrac evi zinət əşyasının ilkin dəyərini 1,7 milyon İsveçrə frankı (təxminən 3 milyon 500 min manat) olaraq qiymətləndirib.

Qiymətli daş XIX əsrə aiddir. Onun Romanovlar ailəsinin xəzinəsinə necə düşdüyü və ailənin hansı üzvünə məxsus olduğu məlum deyil.

Lakin hərrac evinin məlumatına görə, bu sapfirlə bəzədilmiş zinət əşyasını imperatriça Mariya Fyodorovna 1903-cü ildə Qış sarayında keçirilən balda taxıb.

Sapfirin yonulma forması onun 1858-ci ildə sona çatan Böyük Moğol imperiyası dövründə hazırlandığını göstərir.

1924–1926-cı illərdə sovet hakimiyyəti çar ailəsinin qiymətli əşyalarının inventarlaşdırılmasını apararkən bu sapfir Fabergenin hazırladığı brilyant çərçivədə təsvir olunub.

Romanovlara məxsusu sapfir bu qiymətə hərraca çıxarılır
Romanovlara məxsusu sapfir bu qiymətə hərraca çıxarılır
Romanovlara məxsusu sapfir bu qiymətə hərraca çıxarılır
Mənbə: olay.az