Müğənni Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovla bağlı xatirələrini bölüşərək onun sənət və həyat yolundan danışıb.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində açıqlama verib. O bildirib ki, uzun illər Səməd Səmədovla eyni səhnəni bölüşüb və onun hər zaman dəstəyini hiss edib.
Sevda Əliqızı qeyd edib ki, mərhum sənətçi ilə təxminən 15 il birlikdə çalışıb və bu müddətdə həm səhnədə, həm də şəxsi həyatda ailəvi dostluq münasibətləri qurublar.
Müğənninin sözlərinə görə, Səməd Səmədov onu daim efirlərə və müxtəlif məclislərə apararaq yaradıcılığına dəstək olub.
Sənətçi həmçinin bildirib ki, mərhum ifaçının ailəsi ilə əlaqələri bu gün də davam edir. Onun sözlərinə görə, İradə xanımla mütəmadi danışır, dərd-sərlərini bölüşürlər.
Sevda Əliqızı əlavə edib ki, Səməd Səmədovun oğlu Anar ailəsi ilə birlikdə Moskvada yaşayır, qızı Xədicə isə Azərbaycandadır. O, həmçinin İradə xanımın mərhum sənətçidən sonra həmin evdə tək qala bilmədiyini və hazırda bacısının bağ evində yaşadığını, yaxın günlərdə isə Bodruma yollanacağını bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















