Aynurun qızı da qızılcaya yoluxdu: "Çox narahatam" - VİDEO

Aynurun qızı da qızılcaya yoluxdu: "Çox narahatam" - VİDEO

Müğənni Aynur Dadaşovanın qızı qızılca xəstəliyinə yoluxub.

Milli.Az bizim.media-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində məlumat verib.

Aynur bildirib ki, qızının temperaturu olsa da, bədənində səpgilər müşahidə edilməyib: 

"Qızım 6 nömrəli məktəbdə təhsil alır. Bu son 3-4 gün 39 dərəcə temperaturu oldu, amma səpgiləri olmadı. Onu məktəbdən saxlamadım. Gedir-gəlir. Çox narahatam. Bir çox valideynlər övladlarını dərsə getməyə qoymur. Getməyəndə də dərslərdən geri qalırlar. Uşaq vaxtı qızım peyvənd olunub. Bununla bağlı peyvənd kitabçası da var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun