Uzun illərdir ABŞ-də yaşayan keçmiş aparıcı Günel Hümbətova qrosmeyster Şəhriyar Məmmədyarovun fikirlərinə kəskin reaksiya verib.
OLAY yazır ki, bununla bağlı o, fesybukda status yazıb:
“Bacısı bir az “malaladı” söhbəti və daha yaxşı fikrini ifadə etdi. Görünür, hər tərəfli inkişaf etmək qadınlarda daha yaxşı alınır. Həm məişət qayğılarının öhdəsindən gəlmək, həm intellektual olaraq inkişaf etmək həm də karyera qurmaq.
Amma Ş deyəsən şahmat oynamaqdan başqa bir şey etməyib bu həyatda.. Məsələn, oturub düşünmək və ya araşdırmaq ki, niyə dünyada qadın şahmatçılar az olub? Onlarla empatiya qurub daha müdrik cavab vermək əvəzinə istehza və ələ salan, kiçiltmə tərzində olan gülüşlə “qadınlar guya hansı sahədə güclü olublar ki” deməsi məndə ikrah doğurdu”.
“Dİkdaban” verilişinin aparıcısı Nurlanə Cəfərova isə həmin statusa “Evdə bişməyib, qonşudan gəlməyib, yəqin, ona görədir” şərhini yazıb.