"Toma olmasaydı..."

"Toma olmasaydı..."

"Sənətimdə onun böyük rolu var. Toma (həyat yoldaşı Tamilla Hüseynəliyev - red.) olmasaydı bu yerlərə gəlib çıxmazdım. Xoşbəxtəm ki, bizim qismətimizi Allah bir yazıb. Tək heç vaxt bu səviyyəyə gəlməzdim. Potensialımın bu qədər inkişafı Tomanın mənə və sənətimə olan istəyidir. Nə qədər söz desəm də, izah edə bilmərəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Söhbət var" verilişində deyib. Müğənni həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyevanın ona dəstəyindən danışıb.

Elton mahnı seçimində ona dəstək olan xanımına irad tutaraq "Amma ağlamalı yox, bir az sevindirməli mahnılar oxumaq lazımdır" sözlərini söyləyib. 

Özünü tərifləyən ifaçı "Bayağı mahnılar oxumadım, özümdən razı olmadım. Ona görə də sevildim" sözlərini əlavə edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun