Bilet alınmadı, konsertləri ləğv olundu

Bilet alınmadı, konsertləri ləğv olundu
Bilet alınmadı, konsertləri ləğv olundu

Kim Kardaşyan və Kanye Uestin 13 yaşlı qızı, rep ifaçısı North Uest ilk turunu biletlərin zəif satılması səbəbindən ləğv etmək məcburiyyətində qalıb.

OLAY yazır ki, ailə bu uğursuzluğa görə Northun atası Kanye Uesti günahlandırır.

Məlumata görə, Kanye vəziyyəti düzəltmək üçün nəsə etməyə çalışır və bu səbəblə yaxın vaxtlarda qızı ilə kiçik bir tura çıxa bilər.

Xatırladaq ki, North Uest bu ilin avqustunda 21 yaşlı repçi Molly Santana ilə birlikdə ABŞ-nin şəhərlərində konsert turuna çıxmalı idi. Lakin hazırda qastrol çərçivəsində 5 avqustda Dallasda və 17 avqustda Torontoda keçirilməsi planlaşdırılan ilk konsertlər ləğv edilib.

Bilet alınmadı, konsertləri ləğv olundu
Mənbə: olay.az