Şairə Nazilə Səfərli ona sosial şəbəkələrdə mənfi rəy yazanlara cavab verib.
Milli.Az olay-a istinadən bildirir ki, Nazilə bununla bağlı video paylaşıb və bu sözləri deyib:
"Paylaşımlarımıza mənfi rəy yazanlara deyirəm. Söyüşlər, təhqirlər yazanlar. Tək mənim səhifəmdə yox. Hətta görürəm ki, mən çoxlarına baxanda şükürlüyəm. Stress atmaq üçün yeni və köhnə metodlar var. Görürsən, evdə it yerinə sayılmırsan, meşədə var gücünlə qışqırırsan, ya da dəniz qırağına gedirsən. Bunu etmək mümkündür. Gərək, hamı bilsin ki, siz evdə it yerinə sayılmırsınız? Ona görə stressinizi məşhurlardan çıxırsınız. Hamı bilsin ki, psixi xəstəsiniz? Ayıbınıza kor olun da".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun