"Günə 500 manat alırdım"

"Günə 500 manat alırdım"

"Hazırda Azərbaycanda film sahəsi bərbad vəziyyətdədir. Söhbət həm serial, həm də tammetrajli filmlərdən gedir. Serial bizdə onsuz da inkişaf etməyib, etməyəcəyini də düşünürəm. İndi 33 yaşım var. Bu sahədə tanınmağa başlayanda 21-22 yaşında idim. Yenicə addımlarımı atanda az da olsa inkişaf var idi, nəsə etməyə çalışırdılar. Amma heç bir nəticə olmadı. Ayrılmış büdcələr, ssenarilər, xaricdən çağırılmış rejissorlar belə effekt vermədi".

  • Pərvin bu aktyora görə "Təhminə"dən imtina edib - FOTO
  • Hüsniyə Maltada ev alıb? - FOTO
  • "Keks mağazası açmaq istəyirəm"

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Rəngarəng səhər" verilişində deyib. Sənətçi Azərbaycanda film sahəsinin inkişaf etməməsindən söz açıb:

"Son 5 ildir ki, bu sahə tamamilə dayanmış bir vəziyyətdədir. Nadir hallarda hansısa bir yeni layihə görərsən. Amma bir müddət var idi ki, kinoteatrlarda yalnız Azərbaycan filmləri nümayiş olunurdu. İndi isə o da yoxdur. Azərbaycanda film və serialların çəkilməsinə maneə törədən pandemiya oldu. Həmin vaxt bu sahə tamamilə dayandı. Pandemiya səbəbi ilə də pul və büdcə də olmadı ki, ekran işləri çəkilsin. Və beləcə, bu sahə həm keyfiyyətini, həm də dəyərini itirdi".

Pərvin bildirib ki, layihələrdə yer almamasının səbəbi qonorarla bağlıdır:

"Adım heç bir serial və filmlərdə indi yoxdur. Çünki gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə "Hə" deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Günlük 500 manata çəkilmişəm. Yenicə başlayanda olub. Belə ki, bu sənətə gələndə üç seriala çəkilmişəm, onu da təcrübə üçün etmişəm. Çünki mənim bu sahə ilə bağlı təhsilim yox idi, peşəkar aktyordan dərs də almamışdım. Məni kəşf edib sadəcə kameranın önünə atmışdırlar ki, oyna. 

Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun