Tanınmış aparıcı Zaur Baxşəliyev Mətbuat Şurasının sədri Rəşad Məcidin fikirlərinə etiraz edib.
OLAY yazır ki, Zaur “Qafqazinfo”nun instaqram səhifəsində R. Məcidin “85 yaşlı anam “Tiktok”dan əvvəl aya 3 kitab oxuyurdu, indi şit lağlağılara baxır…” fikirlərinə “Qafqazinfo”nun instaqram səhifəsində şərh yazaraq münasibət bildirib:
“Bu nə yanaşmadır, bu nə düşüncədir? Bu da ziyalımız?! Dünya süni intellektin təkmilləşmə fonunda az qala insan əməyindən imtina edir. Biz hələ tiktokun əxlaqımıza təsirində qalmışıq?! Relax. Başqalarının həyatına az girin! İmkan, bir az imkan, lütfən!”.
Mənbə:
olay.az
















