"Avroviziya 2024"də rekord

"Avroviziya 2024"də rekord

Bu il "Avroviziya" mahnı müsabiqəsində yeni rekorda imza atılıb. Avropa Yayım Birliyinin yaydığı məlumatda bildirilib ki, yarışmanı 163 milyon tamaşaçı izləyib.

Milli.az axşam.az-a istinadən xəbər verir ki, iştirakçılara dünyanın 156 ölkəsindən səs verilib. Bu, müsabiqənin beynəlxalq əhatəsini və əhəmiyyətini bir daha önə çəkib.

Yazıda qeyd edilib ki, müsabiqə daha çox gənclərin marağına səbəb olub. "Avroviziya 2024"də olan videolar TikTok-da 6,5 milyard baxış toplayıb və bu, əvvəlki illə müqayisədə bu həştəqdə olan videoların izlənməsinin 1,7 milyard çox olmasıdır. Müsabiqə həmçinin TikTok-da 500 milyona yaxın hesaba çatmaqla, 2023-cü ilə nisbətən əhatə dairəsini dörd dəfə artırıb.

Bundan əlavə, rəsmi ESC 2024 pleylist ən çox yayımlanan "Spotify" pleylist kimi ortaya çıxıb. Mayın 12-də dünya miqyasında "Ən Yaxşı 10 Apple Music" pleylistində yer alıb və bu müsabiqənin musiqi istehlakı tendensiyalarına müsbət təsir edib.

Müsabiqənin ümumi əhatə dairəsi 2023-cü illə müqayisədə 1 milyon, 2022-ci ildə Turində keçirilən buraxılışdan isə 2 milyon nəfər artıb.

Böyük Finalın baxış payı 46,7% təşkil edib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir.

Təkcə İsveçdən 2,3 milyon tamaşaçı finala baxıb. Almaniya orta hesabla 8,1 milyon tamaşaçı ilə final üçün ən yüksək tamaşaçıya sahib olub. Böyük Britaniya isə 7,7 milyon tamaşaçı ilə ikinci yerdə durub.

Təkcə yutubda canlı yayımı 1,6 milyon insan izləyib.

AYB-nin baş direktorunun müavini Jan Filip De Tender şura üzrə rekord nəticələr haqqında danışarkən "Bu, inanılmaz rəqəmlər "Avroviziya"nın onlayn, televiziya və ən əsası musiqi baxımından böyük qlobal təsirini göstərir. Avropa Yayım Birliyinə üzv kanallarındakı canlı şoulara qoşulan yüz milyonlarla insanın artımını və müxtəlif rəqəmsal platformalarımızda mahnılar və sənətçilərlə məşğul olan rekord qıran rəqəmləri görməkdən məmnunuq. Dünya üzrə auditoriyaya çatmaq üçün ictimai xidmət mediasının gücündən istifadə edərək 9 saatdan çox dünyanın aparıcı əyləncə şoularını hazırlayan SVT-yə təşəkkürümüzü bildiririk" sözlərini deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun