Hollivud ulduzu Leonardo DiKaprio və milyarder Ceff Bezos nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin qorunmasına yönəlmiş layihəyə rəhbərlik edəcəklər.
OLAY yazır ki, “Phoenix Species Project” adlı təşəbbüs aktyorun və iş adamının yaratdığı “Re:wild” və “Bezos Earth Fund” fondları tərəfindən başladılıb.
Layihə çərçivəsində 30 ölkədə nəsli kəsilmək təhlükəsi altında olan 100 ən nadir heyvan növünün populyasiyasının bərpası istiqamətində işlər görüləcək.


Mənbə:
olay.az
















