Türk müğənni Deniz Sekinin İstanbulda evinin balkonundan yıxıldığı iddia edilib.
OLAY yazır ki, dostları tərəfindən xəstəxanaya aparılan Deniz Seki əməliyyata alınıb. Müğənninin səhhəti ilə bağlı açıqlama verilib, eyni zamanda onun balkondan yıxılması ilə bağlı iddiaların da doğru olmadığı bildirilib.
Verilən açıqlamada “Dünən gecəki konsertindən sonra evində pişiklərinə və itlərinə yem vermək istəyərkən, sürüşkən zəmində ayağının sürüşməsi nəticəsində bədbəxt hadisə yaşayan Deniz Seki evdə olan iş yoldaşları tərəfindən təcili olaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb” ifadələri yer alıb.
Mənbə:
olay.az
















