Robert De Niro Azərbaycana gəlir

Robert De Niro Azərbaycana gəlir
Robert De Niro Azərbaycana gəlir

Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən "Sea Breeze" layihəsində "Nobu Hotel"in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, Emin Ağalarov bu barədə qazaxıstanlı məşhur biznesmen və bloger Beybit Əlibəyovun videomüsahibəsi zamanı danışıb.

İş adamı "Sea Breeze"də həyata keçiriləcək yeni layihənin "Nobu" brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.

Xatırladaq ki, "Nobu" dünya üzrə fəaliyyət göstərən məşhur restoran və hotel brendidir. Brendin yaradıcıları arasında yaponiyalı məşhur aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.

"Nobu" restoranları və hotelləri müxtəlif ölkələrdə fəaliyyət göstərir və premium seqmentə aid edilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az