"Bu uşaqların çəkdiyi nədir?"

"Bu uşaqların çəkdiyi nədir?"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana oğlunun qalmaqallı videosunu yayımlayıb. Videoda onun ayrıldığı həyat yoldaşı Kərimin hazırda ailəli olduğu xanımın böyük oğlu Tuncaya qapını açmadığı əks olunub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser-aparıcı Tarix Əliyev (Tolik) videonu yayımlayaraq M.İsgəndərlini tənqid edib. 

"Uşağa ürəyim ağrıdı. Görün necə bezdiriblər. Bu, yeniyetmə indi dərsini oxuyub, məşqinə getməlidir. Ögey anadan çəkdiyi nədir? Mətanət İsgəndərli efirlərdə "nəvələrim, nəvələrim" deyir. Budur nəvə? Qalıb qapı arxasında. Yaltaq "manıs" tayfası. Biriniz burada yaltaqlıq etsəniz, sizi yıxıb sürüyəcəyəm. Bəsdirin. Oğlan uşağıdır, gələcəyi var. Qalıblar ortalıqda. Hamı da qorxur, elə bil söz deməyə. Kimdir axı, mənə nə edəcək? Mən heç kimdən qorxmuram" sözlərini yazıb. 

Tolikin paylaşımına şərh yazan klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Hər kəs boşana bilər. Fərq etmir nə üstündə... Ancaq imkan varsa, uşaqlar mütləq evlə təmin edilsin. Allah bu körpələrin köməyi olsun" sözlərini qeyd edib. 

Əməkdar artist Könül Kərimova isə "Vallah ürəyim partladı" sözləri ilə reaksiya verib. 

Qeyd edək ki, Kərim və Canana qalmaqallı şəkildə boşanıb. Cütlüyün bu nikahdan olan 3 övladı anaya verilsə də, ata ilə yaşayır. Kərim ikinci dəfə ailə qurub və bir övladı dünyaya gəlib. Canana video yayımlayaraq Kərimin ikinci həyat yoldaşının onun övladlarını evə buraxmadığını iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun