Hindistanlı aktrisa Nikita Raval "Bright OTT & Style Awards" mərasimində yaşadığı gözlənilməz hadisə ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, aktrisa qırmızı xalçada pərəstişkarları ilə foto çəkdirərkən fanatlardan biri qəfil ona yaxınlaşaraq öpüb.
Gözlənilməz hərəkət qarşısında Nikitanın təəccübləndiyi və narahat olduğu görüntülənib. Hadisə həmin an ətrafdakıların da diqqətini çəkib və kameralar tərəfindən qeydə alınıb.
Sözügedən kadrların sosial şəbəkələrdə yayılmasından sonra hadisə istifadəçilər arasında geniş müzakirə olunub. Bəzi sosial şəbəkə istifadəçiləri fanatın bu davranışını qəbuledilməz hesab edərək aktrisaya qarşı şəxsi sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















