Reper Orxan Zeynallı ötən gün Gəncədə baş tutan konsertindən sonra fanatlarından birinin toyuna qatılıb.
OLAY yazır ki, sənətçi məclisdən görüntülərini sosial media hesabında paylaşıb.
Belə ki, şərh bölümündə toyu olduğu üçün Zeynallının konsertinə gedə bilməyəcəyini bildirən Təbriz adlı şəxs onu öz şad gününə çağırıb.
Orxan onun təklifini yerə salmayıb və konsert bitdikdən sonra toya təşrif buyurub.
“Dünən Gəncədə toyu olduğu üçün konsertə gələ bilməyən dinləyicimizin konsertdən sonra toyuna getdik. Cəmi subaylardan görək”, - deyə, reper paylaşımında yazıb.