Əməkdar artist Könül Kərimova xeyli çəki almasından şikayətlənib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, arıqlamaqda çətinlik çəkir:
"Şirniyyat yemirəm. Çox yemək yeyən deyiləm, amma arıqlamıram. Məni kökəldən hərəkətsizlikdi".
Aparıcı Xoşqədəm Hidayətqızı isə ifaçını öz pəhrizi ilə 1 aya 14 kiloqram arıqladacağını deyib.
K.Kərimova yemək hazırlamaq sevgisindən danışıb:
"Yemək bişirərək stress atıram. Hətta bir ara beynimə girmişdi ki, kulinariya kitabı yazıb. Bir toyuq və kortofdan neçə növ yemək hazırlaya bilərəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun