Ceki Çan Azərbaycanda ona verilən hədiyyəni paylaşdı - (Video)

Ceki Çan Azərbaycanda ona verilən hədiyyəni paylaşdı - (Video)
Ceki Çan Azərbaycanda ona verilən hədiyyəni paylaşdı - (Video)

Bakıda çəkilişləri yekunlaşan məşhur aktyor Ceki Çanın Azərbaycana marağı davam edir.

Milli.Az xəbər verir ki, Hollivud ulduzu sosial media hesabında Bakıda ona təqdim olunan hədiyyədən görüntü paylaşıb. Aktyor üçün hazırlanmış nərd taxtasını açan Ceki Çanın reaksiyası da diqqətdən yayınmayıb. O, hədiyyəni gördüyü anda təəccübünü açıq şəkildə ifadə edib.

Xatırladaq ki, Ceki Çanın baş rolunu canlandırdığı "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bir sıra səhnələri Azərbaycanda - Bakıda lentə alınıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: news.milli.az