Kanye Putinlə görüşmək istəyir

Kanye Putinlə görüşmək istəyir
Kanye Putinlə görüşmək istəyir

Oktyabr ayında Rusiyada iki konsert verməyə hazırlaşan 49 yaşlı reper Kanye Uest Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşmək istədiyini açıqlayıb.

OLAY yazır ki, reperin Rusiya prezidenti ilə görüşmək arzusunu “Say Agency” konsert agentliyinin baş direktoru Anna Subçeva açıqlayıb.

“Onun kiminlə görüşəcəyini hələ demək çətindir. Lakin cənab Uestin çoxdankı arzusu Rusiya prezidenti Vladimir Putinlə görüşməkdir. O, Putinə olan rəğbətini artıq bir neçə ildir ki, ifadə edir” deyə Subçevanın bildirib.

Mənbə: olay.az