Müğənni Nahidə Babaşlı nişanlısı ilə münasibəti barədə izləyicilərinin ünvanladığı sualları cavablandırıb.
Milli.Az xəbər verir ki, sənətçi nişanlısı ilə arasında 6 yaş fərq olduğunu açıqlayıb. O, toy planlarından da danışaraq mərasimin nə vaxt keçiriləcəyinin səhhətindən və əlindəki problemin sağalmasından asılı olduğunu bildirib.
Nahidə sentyabr ayında toy etməyi planlaşdırdıqlarını, lakin sonradan bu planın dəyişdiyini deyib:
"Əlim qırılmasaydı, sentyabrda toy edəcəkdik. Əslində, böyük məclis yox, yaxınlarımızın iştirakı ilə kiçik yığıncaq etmək istəyirik. Soyuq havada istəmədiyimiz üçün yəqin ki, gələn yaya qala bilər toy. Əsas əlimin sağalmasından asılıdır".
Müğənninin açıqlamaları izləyicilər arasında maraq doğurub. Onun toy planları ilə bağlı səmimi cavabları sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Xatırladaq ki, Nahidə pandemiya dövründə gizli evlənmişdi. Onlar toy etməmiş, sadəcə nikah bağlamışdılar. Sənətçi evliliyini gizli saxlayırdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)






















