AzTV-nin tanınmış aparıcısı Vəfa Seyidova kanaldan ayrıldığını açıqlayıb.
OLAY yazır ki, o, bu barədə sosial şəbəkə hedabında məlumat yayıb.
“Möhtəşəm məktəb idin AZTV. Karyeramın “ən”lərini burada yaşadım. İşlədiyim müddət ərzində başda sədrimiz olmaqla rəhbərliyin göstərdiyi etimad və mənim bu etimad qarşılığında göstərdiyim səy bu 3 ildə əla nəticələr ortaya qoydu. Hər şeyə görə çox sağ ol doğma kanal. Mənim işığım isə başqa yolları aydınlatmağa davam edəcək” deyə aparıcı yazıb.

Mənbə:
olay.az
















