Bir dövrə damğasını vuran türk “Hepsi” qrupunun üzvlərindən Yasemin Yürük qrupun dağılma prosesi haqqında danışıb.
OLAY yazır ki, Yasemin açıqlamasında “Bir səhər oyandım, evə poçtla bildiriş gəlmişdi. “Tamam, bitdi” dedim. Dərhal vəziyyətlə bağlı iclas keçirildi. Sonra üç nəfər davam etmək qərarına gəldik. Amma artıq xarakterlərimiz tam formalaşmışdı. İstəklərimiz, həyatdan gözləntilərimiz, etmək istədiklərimiz tamamilə fərqli idi. Artıq bəzi şeylər alınmırdı, onları yoluna qoya bilmirdik və hər şey bitdi” deyə bildirib.
Yasemin Yürük “Bu gün “Manifest”i izləyəndə içindən nə hisslər keçir?” sualına isə: “Bu yaxınlarda onların konsertlərindən birinə getdim. İzləyərkən kövrəldim. Çünki pankartlar eynidir, həmin coşğu yenə var. Kaş biz də daha düzgün şəkildə davam edə biləydik. Hazırda qızların çox gözəl irəlilədiyini görürəm. Onlar yaxşı idarə olunurlar. Düşündüm ki, biz də o şəkildə irəliləsəydik, tamam başqa yerlərə gəlib çata bilərdik” cavabını verib.

















