Aktrisa Cennifer Lourens “Aclıq oyunları: Günəşin doğuşu” filmində Coş Hatçersonla birlikdə geri dönəcəyini təsdiqləyib.
OLAY yazır ki, noyabrın 20-də kinoteatrlarda nümayiş olunacaq filmdə onlar orijinal franşizadakı “Ketnis Everdin” və “Pit Mellark” obrazlarını yenidən canlandıracaqlar. Vudi Harrelson da filmə qayıdacaq.
Cennifer bu haqda “Bu, inanılmaz idi, çünki çəkiliş heyəti əvvəlki ilə eyni idi. Eyni operatorlar, milyon dəfə birlikdə işlədiyim rejissor köməkçisi – onu çox sevirəm. Üstəlik, Coş və Vudi də orada idi. Bu, çox duyğulu an idi” deyə bildirib


Mənbə:
olay.az
















