Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)

Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)

Müğənni Zenfira İbrahimova həmkarı Ofelya Şabanovanın açıqlamasına sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, Ofelya Şabanova "1001 Şou" proqramında "O Ses Türkiye" yarışması ilə bağlı danışarkən orada iştirak etmək üçün maddi imkanın vacib olduğunu deyib. O, həmin yarışmaya getmək üçün pul ödəmək imkanının olduğunu, lakin sənətini pula satmaq istəmədiyini bildirib.

Bu fikirlər ifaçının etirazına səbəb olub. Müğənni qeyd edib ki, Ofelya Şabanovanın efirlərə ödəniş edərək çıxması barədə deyilənlər onun bu yarışma haqqında da yanlış qənaətə gəlməsinə səbəb ola bilər.

"O yarışma pulla heç bir iştirakçını qəbul etmir. Çox yanlış fikirdir. Ofelya xanıma da bu sözü yaraşdırmadım", - deyə Zenfira İbrahimova bildirib.

Sənətçilərin açıqlamaları şou-biznesdə müzakirələrə yol açıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az