Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal

Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal

Türkiyəli aparıcı Ece Erken sosial media paylaşımı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, onun jurnalist Aysu Molanın "YouTube" proqramında səsləndirilən tənqidi fikirlərə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Erken sosial media hesabında Molanın hicabı və geyim tərzi ilə bağlı tənqidi ifadələr işlədib. Aparıcı paylaşımını qısa müddət sonra silsə də, yazdıqları sosial şəbəkələrdə geniş əks-səda doğurub.

Aysu Mola isə Erkenə cavab verərək onun hicabına və geyiminə münasibət bildirməsini yolverilməz hesab edib. Mola "Sənə nə mənim hicabımdan?" deyərək paylaşımın silinməsinə də münasibət bildirib.

Qalmaqaldan sonra Ece Erkenin TV8-də yayımlanan "Gel konuşalım" proqramının əməkdaşlarını və kanalın bir sıra rəhbər şəxslərini sosial şəbəkədə izləmədən çıxarması diqqət çəkib. İzləmədən çıxardığı şəxslər arasında kanalın sahibi Acun Ilıcalı, proqramın aparıcılarından Nur Tuna Namlı, prodüser Feraye Tanyolaç və kanalın baş direktoru Aslı Çini də yer alıb.

Bunun ardınca Erkenin "Gel konuşalım" proqramındakı fəaliyyətinin başa çatdığı və işdən uzaqlaşdırıldığı barədə iddialar yayılıb. Lakin bu məlumatlarla bağlı tərəflərdən rəsmi açıqlama verilməyib.

Milli.Az

Mənbə: news.milli.az