“Ana olmaq mənim üçün qiymətlidir”

“Ana olmaq mənim üçün qiymətlidir”

"Ana olmaq mənim üçün ən qiymətli, başıma gələ biləcək ən gözəl nemətdir!"

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Avroviziya qalibimiz Nigar Camal qızı Jasminlə paylaşdığı videoya yazıb.

Ailə olmağın önəmindən söz açan sənətçi fikirlərinə belə davam edib:

"Övladlarım xoşbəxtliyimdir. Mən düşünürəm ki, bir ailədə uşaq yoxdursa, həyat yoldaşı sevən olsa belə, bu bədbəxt ailədir. Uşaq səs-küyü, gurultusu, yoluxucu uşaq gülüşü olmasa, ailəni necə xoşbəxt saymaq olar? Analıq əyləncəlidir, həm də məsuliyyətli!".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun