Sibel Canın son halı diqqət çəkdi - (Video)

Sibel Canın son halı diqqət çəkdi - (Video)
Sibel Canın son halı diqqət çəkdi - (Video)

Türkiyəli məşhur müğənni Sibel Canın konsertindən yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, ifaçının səhnə performansı zamanı seçdiyi dar geyim diqqətdən yayınmayıb. Son zamanlar çəkisi ilə gündəmə gələn Sibel Canın səhnədəki görünüşü izləyicilərin marağına səbəb olub.

Sosial şəbəkə istifadəçilərinin bir qismi müğənninin bədən görünüşünü olduğu kimi qəbul etməsini və bununla bağlı kompleks yaşamamasını vurğulayıb. İfaçının bədən formalaşdırma əməliyyatına müraciət etməməsi də bəzi izləyicilər tərəfindən müsbət qarşılanıb.

Sibel Canın səhnədəki görüntüləri ilə bağlı müxtəlif fikirlər qeyd olunub.

Sözügedən görüntüləri təqdim edirik:

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az