Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, paylaşımda deyilir:
“Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin”.
Mənbə:
olay.az
















