Xalq artisti Emin Ağalarov Xalq artisti Röya Ayxanın onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
OLAY yazır ki, Emin “Sözbaz” verilişinə müsahibəsi zamanı estrada ulduzunun “Tez-tez görüşməsək də, bəzi məclislərdə rastlaşırıq. Mənim ona qarşı sevgimi, hörmətimi də bilir. Bir də ümumiyyətlə gözəl işlər görür. Mən də o işlərdə arada iştirak edirəm. Bu, bizim aramızda qalsın. Ona görə məni ayrıca çox istəyir” açıqlamasına cavab verib.
“Bəli, görmüşəm. Mən də Röya xanımı çox sevirəm. Yaradıcılığına hörmətlə yanaşıram. Səbirsizliklə onu festivalda gözləyəcəyəm”, - deyə, E. Ağalarov bildirib.