Xumar Qədimova şikayətləndi: Heç “sağ ol“ deyən yoxdur

Xumar Qədimova şikayətləndi: Heç “sağ ol“ deyən yoxdur

"Bir dənə "sağ ol" deyən yoxdur, sanki elə belə də olmalıdır kimi davranırlar".

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Bağ havası" verilişində deyib.

O, mahnılarını ondan xəbərsiz, icazə almadan oxuyan müğənnilərdən gileylənib.

"Baxıram videolara, mənim mahınlarımı götürüb oxuyurlar. Sonradan xəbər tuturam. Lap icazəsiz oxumusansa da, heç olmasa, bir minnətdarlıq et ki, ay Xumar, xanım sizin mahnınızı oxudum.

O mahınlarla pul-para qazanırlar. Amma Xumara "sağ ol" deyən yoxdur, sanki elə belə də olmalıdır kimi davranırlar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun