"Bacımın xasiyyətindən istifadə edib ancaq danışdırdılar. Onun konsertini çəkmək, nəsə etmək olmalıdır".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "O üz" proqramında deyib. Mərhum bacısı Zeynəb Dostəliyevadan danışan müğənni onun qalmaqallarından söz açıb.
Nazpəri müğənni Günel Zeynalovanın onun mahnısını oxumasından da söz açıb:
"Sənətdə rəqabət olmalıdır. Amma ağ rəqabət. İllər əvvəl dedilər ki, Azəri qızı Günel "Nə olar Allahım" mahnısını Nazpəridən gözəl oxudu. Mikrofonu tutdular mənə. Cavab verdim, xoşbəxtəm ki, Günel məhz mənim mahnımla məşhurlaşdı, sevildi. Fəxr edirəm ki, azərbaycanlı balamız Türkiyədə sevilir. Türkiyədə başqa ölkədən gələn müğənniləri sevmək asandır?".
İfaçı "Tunar Rəhmanoğlunun övladının kiçik toyunda sizi oynamağa çağırdılar, amma durmadınız" sözlərinə "Mənim qolum qalxmır. Keçmiş rəqslərim yayılır. İndi elə rəqs edə bilmərəm. Günelin ailəsi, mənim ailəm sayılır. Onlar məni başa düşdü. Tunar "Söylə hardasan" mahnısını acılı günlərimdə mənə yazdım. Aylarla mahnını oxuya bilmədim. Tunar əziyyət çəkdi ki, əhvalımı düzəltsin, studiyada mahnını yazım. Bunu ancaq doğma edərdi" cavabını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun