"Bahar"ın çəkilişlərində qalmaqal - Demet işçiləri...

"Bahar"ın çəkilişlərində qalmaqal - Demet işçiləri...

Türkiyəli məşhur aktrisa Demet Evqarla bağlı qalmaqallı iddia yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın çəkilişlər əsnasında xaus yaratdığı, işçilərin üzərini qışqırıb, söyüş söydüyü iddia olunub.

"Aramızda kalmasın" proqramının məlumatına görə, Evqar bir müddət əvvəl çəkiliş meydançasında ona səhnənin müddəti ilə bağlı sual verən rejissor köməkçisinə səsini qaldıraraq təhqiramiz ifadələr işlədib.

Köməkçi vəziyyəti serialın rejissoru Neslihan Yeşilyurta çatdırıb. Rejissor komandasından birinə heç kimin heç bir halda hörmətsizlik edə bilməyəcəyini deyərək çəkiliş meydançasını tərk edib. Rejissor Demetin üzr istəməyincə çəkiliş meydançasına qayıtmayacaqlarını bildirib. Bunun ardından aktrisanın ağladığı, üzr istəyərək vəziyyəti düzəltməyə çalışdığı iddia olunub.

Məlumatda, hadisələrin fevraldan bəri davam etdiyi öz əksini tapıb. Problemlər arasında Demetin zaman-zaman rejissoru dinləməməsi və kostyum komandasını çətin vəziyyətə salması da yer alıb.

Məsələ ilə bağlı nə aktrisa, nə də yayım şirkəti açıqlama yayıb.

Qeyd edək ki, Demet hazırda "Bahar" serialının baş rol ifaçısıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun