Corcina Rodriges toyundan bir həftə sonra Kriştianu Ronaldonun üç böyük övladını övladlığa götürüb.
OLAY yazır, prosedur gizli şəkildə həyata keçirilib. Beləliklə, surroqat anaların dünyaya gətirdiyi 16 yaşlı Kriştianu Cunior və 9 yaşlı əkizlər Eva ilə Mateo artıq Corcinanı rəsmi olaraq ana adlandıra bilərlər.
Model illər ərzində Ronaldonun övladlarına öz doğma uşaqları kimi bağlandığını tez-tez vurğulayır və sosial şəbəkələrdə ailə fotolarını paylaşır.
Cütlüyün həmçinin iki ortaq qızı, 8 yaşlı Alana və 4 yaşlı Bella var.

Mənbə:
olay.az
















